...

İçib xuliqanlıq etdi, saxlanıldı

Hadisə Materials 27 Fevral 2016 12:49 (UTC +04:00)
Qaradağ rayonunda içib xuliqanlıq etmiş şəxs saxlanılıb.
İçib xuliqanlıq etdi, saxlanıldı

Bakı. Trend:

Qaradağ rayonunda içib xuliqanlıq etmiş şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, fevralın 24-də Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini İlqar Qələmov xuliqanlıq zəminində həmyerliləri Vüqar Paşayevə məxsus dönərxananın və Əhəd Niyazova məxsus "Mersedes" markalı avtomobilin şüşələrini sındırıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qələmov saxlanılıb, onun yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti