...

Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkar edilib

Hadisə Materials 29 Fevral 2016 12:59 (UTC +04:00)
Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkar edilib.
Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkar edilib

Bakı. Trend:

Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkar edilib.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdasrəsi əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti