...

Şəmkirdə yol qəzası: 2 ölü (FOTO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 9 Aprel 2016 00:26 (UTC +04:00)
Şəmkir rayonunda yol qəzası baş verib, 2 nəfər ölüb.
Şəmkirdə yol qəzası: 2 ölü (FOTO) (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 22:17-də yayılıb)

Bakı. Trend:

Şəmkir rayonunda yol qəzası baş verib, 2 nəfər ölüb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, dünən axşam saat 21:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Mercedes" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü 47 yaşlı Mürvət Məmmədov və sərnişin 45 yaşlı Rafiq Verdiyev dünyasını dəyişib.

Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti