...

Şəmkirdə partlayış olub, xəsarət alan var

Hadisə Materials 11 Aprel 2016 09:31 (UTC +04:00)
Şəmkirdə partlayış baş verib.
Şəmkirdə partlayış olub, xəsarət alan var

Trend-i buradan izləyin

Bakı. Trend:

Şəmkirdə partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv.m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

Partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılıb və otağın yanar konstruksiyaları yanıb. Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub.

Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti