...

Bakıda yol qəzası baş verib, sürücü ölüb

Hadisə Materials 15 Aprel 2016 07:24 (UTC +04:00)
Bakıda gecə saatlarında yol qəzası baş verib.
Bakıda yol qəzası baş verib, sürücü ölüb

Bakı. Trend:

Bakıda gecə saatlarında yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, şəhərin Qaradağ rayonunda "VAZ" markalı minik avtomobilinin dairəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat qəzasının baş verməsi haqqında məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunmuş, avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:52-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti