...

Biləsuvarda bir nəfər su kanalında batıb

Hadisə Materials 16 Aprel 2016 14:51 (UTC +04:00)
Biləsuvarda bir nəfər su kanalında batıb.
Biləsuvarda bir nəfər su kanalında batıb

Bakı. Trend:

Biləsuvarda bir nəfər su kanalında batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Muğan Regional Mərkəzinə Biləsuvar rayonu, Səmədabad kəndi ərazisindən keçən su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti