...

Bakıda soyğunçuluq etmək istəyənlər zərərsizləşdirilib

Hadisə Materials 26 Aprel 2016 11:57 (UTC +04:00)
Bakıda küçədə qadına qarşı quldurluq edən dəstə zərərsizləşdirilib.
Bakıda soyğunçuluq etmək istəyənlər zərərsizləşdirilib

Bakı. Trend:

Bakıda küçədə qadına qarşı quldurluq edən dəstə zərərsizləşdirilib.

Trend Daxili İşlər Nazirliyinin saytına ist6inadən xəbər verir ki, aprelin 24-də Nəsimi rayonunun D.Əliyeva küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Arzu Qafarovanı bıçaqla hədələyib pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Saatlı rayon sakini Asim Əliyev və Ağsu rayon sakini Amal Allahverdiyev tutulublar.

Onlardan 1 ədəd bıçaq, 1 ədəd alışqan tapança, 2 cüt əlcək, 4 ədəd plastik xamut və 2 ədəd tibbi maska götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti