...

Göygöldə intihar - 30 yaşlı oğlan özünü öldürdü

Hadisə Materials 21 İyun 2016 10:11 (UTC +04:00)
Göygöl rayonunda intihar hadisəsi baş verib.
Göygöldə intihar - 30 yaşlı oğlan özünü öldürdü

Bakı. Samir Əli - Trend:

Göygöl rayonunda intihar hadisəsi baş verib. Göygöl rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 20-də Göygöl şəhərində baş verib. Şəhər sakini, 1986-cı il təvəllüdlü Murad Yusifov yaşadığı evin həyətində özünü asaraq öldürüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti