...

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini qəbul edib

Dünya xəbərləri Materials 14 May 2024 16:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü, son oxunuşda qəbul edib.

Trend bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan parlamentinin 84 deputatı qanun layihəsinin lehinə, 30 nəfər isə əleyhinə səs verib.

Müzakirələr Gürcüstanın hakim "Gürcü arzusu" partiyası ilə müxalifət fraksiyasından olan partiyalar arasında etirazların və mübahisələrin fonunda keçirilib. Gürcüstan parlamentinin qarşısında etirazlar keçirilib, etirazçılar Rustaveli prospektini, eləcə də parlament binasına yan girişi bağlayıblar.

Qeyd edək ki, qəbul edilən "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi xaricdən maliyyələşdirilən QHT və KİV-in Gürcüstanda xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti