Bakı. Trend:
Uzun illər ərzində ATƏT daxilində keçmiş münaqişənin həllinə yönəlik yaradılan təsisatlar 30 illik fəaliyyətləri dövründə əməli addımlar atılmadı.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, funksional qabiliyyətini itirən bu təsisatların saxlanılmasına heç bir ehtiyac yoxdur:
"ATƏT daxilində olan Minsk qrupu 30 illik faəliyyətində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməyib. Belə olan təqdirdə, münaqişə həllini tapandan sonra, yeni reallıqlar fonunda mandatları tükənmiş, funksional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu təsisatların saxlanılmasına heç bir ehtiyac yoxdur.
ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsinə də heç bir ehtiyac yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edilməsi vəziyyətin yaxşılaşmasına xidmət etmir, yalnız ona xələl gətirir".