...

Yuri Uşakov Putinin Çin lideri ilə müzakirə edəcəyi mövzuları açıqlayıb

Dünya xəbərləri Materials 14 May 2024 20:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri zamanı ölkənin lideri Si Cinpin ilə danışıqlarının əsas mövzularından biri enerji sektorunda yeni təşəbbüslər olacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

“İkitərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvəsi energetikadır. Liderlərin danışıqlarında enerji sahəsində yeni təşəbbüslər də müzakirə olunacaq”, - deyə Uşakov qeyd edib.

Qeyd edək ki, Vladimir Putin mayın 16-17-də Çin Xalq Respublikasında dövlət səfərində olacaq.

Xatırladaq ki, bu, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti