...

Azərbaycan və İtaliya arasında böyük əməkdaşlıq imkanları mövcuddur - Andrea Makkaniko

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2024 13:51 (UTC +04:00)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.

Trend xəbər verir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko Azərbaycan-İtaliya biznes forumunda deyib.

"Biz təcrübə mübadiləsi aparmaq və daha çox tərəfdaş tapmaq istəyirik. Missiyanın mahiyyəti də bundan ibarətdir", - deyə o bildirib.

Makkaniko qeyd edib ki, İTA-nın prioriteti təkcə maşınqayırma deyil, həm də məhsul emalı sahəsində daha məhsuldar sənayenin yaradılmasından ibarətdir.

"Biz əlaqələr qurmağa, qoyulan hədəflərə çatmağa və digər sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə çalışırıq", - deyə Makkaniko əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı, eləcə də, müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti