Bakı. Trend:
İrəvanda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasiya prosesinə qarşı çıxan etirazçıların nümayişləri davam edir.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu gün səhər polis artıq 7 etirazçını saxlayıb.
Məlumata görə, saxlanılanlar arasında "ASALA" terror təşkilatının üzvü olan Ambik Sasunyan da var.
Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi terrorçunun azadlığa buraxılmasına qərar verib.