Bakı. Trend:
İrəvanda bu gün saxlanılan 63 müxalifət nümayəndəsinin hamısı sərbəst buraxılıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən "TASS" agentliyinə bildiriblər.
Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etiraz aksiyaları keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.
Ötən gün Ermənistan DİN 156 nəfərin saxlanıldığına, sonradan onların hamısının azadlığa buraxıldığına dair məlumat yayıb.
xxx
15:38
İrəvanda etirazlarda bu gün saxlanılanların sayı 63 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
xxx
10:24
İrəvanda etirazlarda bu gün saxlanılan müxalifət fəallarının sayı 38 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, etirazçılar İrəvanın küçələrini bağlayıblar.