Bakı. Trend:
Bu gün doğma Şuşamıza qayıtdığımız üçün çox sevincliyik və sevincimizin həddi-hüdudu yoxdur.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Quliyev Mais deyib.
Onun sözlərinə görə, 16 yaşında Şuşanı tərk etmək istəməsə də, ağır döyüşlərə görə, tərk etmək məcburiyyətində qalıb.
"Dövlət Başçımıza dərin təşəkkürümüzü bildiririk. Onun müdrik siyasəti nəticəsində torpaqlarımız düşmənlərdən azad edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz onların fədakarlığı nəticəsində öz yurdumuza qayıdırıq.
Biz Şuşanın daha da dirçəlməsini, məktəblərin fəaliyyət göstərməsini, gələcək nəslimizin məhz Şuşada yetişməsini diləyirik. Biz gələcək nəslimizin dövlətimizin, dövlətçiliyimizin keşiyində durmasını arzulayırıq”, - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.