...

Blinken Kiyevə gözlənilməz səfər edib

Dünya xəbərləri Materials 14 May 2024 09:38 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə gözlənilməz səfər edib.

Trend xəbər verir ki, Blinken bu barədə "X" platformasında paylaşım edib.

O, ABŞ-nin Ukraynaya sarsılmaz dəstəyini nümayiş etdirmək məqsədilə yenidən Kiyevə səfər etdiyini bildirib.

Xatırladaq ki, Blinken bu yaxınlarda NATO-nun Rusiyaya qarşı heç bir mənfi niyyətinin olmadığını açıqlayıb.

"Daha əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə təşkilatıdır. Onun Rusiyaya qarşı heç vaxt mənfi niyyəti olmayıb və olmayacaq", - Blinken deyib.

Bundan başqa, ABŞ dövlət katibi Rusiya danışıqlara hazır olan kimi Qərbin buna qarşılıq verəcəyini bildirib.

"Rusiya danışıqlara hazır olduğunu nümayiş etdirən kimi biz mütləq orada olacağıq və inanıram ki, ukraynalılar da orada olacaq", - deyə ABŞ dövlət katibi əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti