...

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq

Dünya xəbərləri Materials 14 May 2024 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün inşası üzrə işçi qrup yaradacaq.

Trend erməni KİV-ə istindən xəbər verir ki, bu barədə Ermənistanın "Yol Departamenti" Fondu məlumat yayıb.

Məlumata görə, buna zərurət İrandan Ermənistana və əks istiqamətdə yük və sərnişin daşımalarının artması, eləcə də Aqarak-Kacaran yolunun salınması üzrə layihənin reallaşdırılması fonunda yaranıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan erməni KİV-ə açıqlamasında İran və Ermənistanın Araz çayı üzərində yeni körpü tikəcəyini bildirmişdi.

Nazir müavininin sözlərinə görə, mövcud körpünün buraxılış imkanları artıq iki ölkə arasında artan yük axınına cavab vermir.

"Körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bununla yanaşı, hazırkı körpünün parametrləri, xüsusən ötürücülük imkanları nəzərə alınacaq", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti