Bakı. Trend:
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Əl-İttihad” almaniyalı qolkiperlə maraqlanır.
Ərəblər Mark-Andreni mövsümün sonunda komandaya cəlb etmək arzusundadır. “Əl-İttihad”ın idman direktoru Ramon Planes əvvəllər “Barselona”da işləyib və qapıçının ustalığına yaxşı bələddir.
Qeyd edək ki, 32 yaşlı qapıçının “Barselona” ilə 2028-ci ilin iyununa kimi müqaviləsi var. Ter Ştegen bu mövsümdə 34 oyunda 36 qol buraxıb, 14 oyunda qapısını toxunulmaz saxlayıb.