...

Azərbaycan və Qırğızıstan arasında Anlaşma Memorandumu imzalandı (FOTO)

İqtisadiyyat Materials 14 May 2024 11:49 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan arasında  Anlaşma Memorandumu imzalandı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Milli Bankının sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Mərkəzi Bankda görüşdük.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "X" sosial şəbəkəsində paylaşım edib.

"Qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsindən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzaladıq. Əminəm ki, bu Memorandum rəhbərlik etdiyimiz qurumlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə və bu istiqamətdə yeni imkanların dəyərləndirilməsinə mühüm töhfə verəcək", - sədr qeyd edib.

Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-25-də Azərbaycana səfərinin yekunları üzrə müxtəlif sektorları (energetika, təhsil, səhiyyə, miqrasiya və s.) əhatə edən 10-dan çox sənəd paketi imzalanıb.

Xəbər lenti

Xəbər lenti