Bakı. Trend:
İranın sabiq kənd təsərrüfatı naziri Cavad Sadatinejad korrupsiya ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.
Trend xəbər verir ki, bunu İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi deyib.
Onun sözlərinə görə, 8 nəfər, o cümlədən sabiq nazir və nazir müavini həbsə məhkum olunub.
Məhkəmə rəsmisi korrupsiya halı ilə əlaqədar araşdırmaların davam etdiyini bildirib.
Qeyd edək ki, İranda ən böyük korrupsiya halı kimi qeyd olunan “Debş çay idxalı” korrupsiya cinayəti işi üzrə 3,4 milyard dollar dəyərində vəsaitin mənimsənildiyi bildirilir. Bu korrupsiya işində İran Gömrük Administrasiyası, Sənaye, Mədən və Ticarət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının adı hallanır.