Bakı. Trend:
Uzun illər ərzində biz ATƏT-ə üzv ölkələrin eyni yanaşmasına şahid olmadıq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan üçün bu, ağrılı mövzudur.
“90-cı illərin əvvəlində biz ədalət üçün daha çox BMT ilə yanaşı, ATƏT-ə üz tutduq. Bu kritik dönəmdə üzv dövlətlərin bu işlərə məqsədli şəkildə bir o qədər də diqqət yetirməmələri digərlərinin də ümidini artırdı.
Artıq beynəlxalq hüquqa və təsisatlara hörmətin azalmasının şahidi oluruq və bunun nəticəsindən hər kəs əziyyət çəkir. Çünki dünya nizamında qeyri-müəyyənliklərin, təhdidlərin artan tendensiyasını görürük”,- deyə nazir bildirib.