Bakı. Trend:
Bütün şuşalılar uzun illərdir qayıdışı hər zaman gözləyiblər.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Həsənova Etibar deyib.
Onun sözlərinə görə, nəhayət artıq bu həsrət sona çatıb. Şuşalılar mərhələli şəkildə qayıdırlar.
"Mən özüm də Şuşaya qayıdacağım günü səbirsizliklə gözləyirəm. Bu gün qardaşımı yola salıram.
Bizə bu günləri yaşadan Prezidentimizə Allahdan cansağlığı diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.