...

Türkiyədə son 53 ilin ən isti aprel ayı yaşanıb

Dünya xəbərləri Materials 14 May 2024 20:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən aprel ayı Türkiyədə son 53 ilin ən isti ayı olub.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Məhməd Özhaseki deyib.

O qeyd edib ki, ölkə ərazisində ən yüksək temperatur 38,9 dərəcə olmaqla Şanlıurfanın Ceylanpınar ilçəsində qeydə alınıb.

"Ötən ay ən aşağı temperatur Kayserinin Sarız ilçəsində - 9,4 dərəcə müəyyən edilib. Bundan əlavə, ölkə üzrə orta aylıq temperatur 16,6 dərəcə olub", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti