Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliyində "Şarjah Masters" şahmat turniri start götürüb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan yığması nüfuzlu yarışda 4 şahmatçı ilə təmsil olunur.
Yığmamızın lideri Teymur Rəcəbov turnirə heç-heçə ilə start verib. O, hindistanlı Seturamanla xalları yarıya bölüb. Əvəzində digər şahmatçımız Eltac Səfərli hindistanlı rəqibinə uduzub. Eltac Şarjah Mastersin reytinq lideri Arjun Ergaisiyə məğlub olub.
Məhəmməd Muradlı Boqdan-Daniel Deak (Rumıniya) görüşdə rəqibini mat qoyub. Aydın Süleymanlı isə kolumbiyalı Santyaqo Avila Pavasla heç-heçə oynayıb.
Qeyd edək ki, 88 şahmat qələbə uğrunda yarışır.