...

Azərbaycanın ixrac etdiyi neftin həcmi açıqlandı

İqtisadiyyat Materials 14 May 2024 09:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 9,6 milyon ton, ixracı isə 7,9 milyon ton olub.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə daşımalar dayandırılıb.

Bundan əlavə, neft dəmir yolu ilə Batumi və Kulevi (Gürcüstan) terminallarına ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti