...

Naxçıvanda intensiv yağışlar: evləri, obyektləri su basdı (FOTO)

Cəmiyyət Materials 14 May 2024 17:40 (UTC +04:00)
Naxçıvanda intensiv yağışlar: evləri, obyektləri su basdı (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində müxtəlif ünvanlarda fərdi yaşayış evləri, qeyri-yaşayış obyektləri və digər ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti