...

ATƏT-ə üzv bir sıra dövlətlər arasında gərginlik mövcuddur - Nazir

Siyasət Materials 14 May 2024 12:46 (UTC +04:00)
ATƏT-ə üzv bir sıra dövlətlər arasında gərginlik mövcuddur - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT-ə üzv bir sıra dövlətlər arasında kifayət qədər gərginlik mövcuddur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinin gözlənilməsi, xüsusilə ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi istiqamətində addımların atılmasını önəmli hesab edir.

"Maltanın ATƏT-ə sədrliyi dövrü ATƏT məkanında ciddi təhlükəsizlik təhdidləri və probləmlərlə üzləşdiyi dövrdə baş verir. Bu, təşkilat daxilində kifayət qədər mürəkkəb vəziyyətlərə səbəb olur. Bunun əsas səbəblərindən biri bir sıra üzv dövlətlər arasında heç bir inamın və qarşılqılı əməkdaşlığın olmaması, kifayət qədər gərgin vəziyyətin olması, ATƏT-in təməl prinsiplərinin bir çoxuna əməl edilməməsidir", - C.Bayramov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti