...

Lənkəranda ahıl kişiyə qarşı dələduzluq edildi

Cəmiyyət Materials 14 May 2024 16:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ondan kömək istəyən ahıl vətəndaşı talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran rayon sakini olan ahıl yaşlı kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb.

O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Buna görə yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti