...

ATƏT Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün tam dəstək verir - İan Borq

Siyasət Materials 14 May 2024 13:09 (UTC +04:00)
ATƏT Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün tam dəstək verir - İan Borq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ATƏT Azərbaycan və Ermənistana sülhə nail olmaq üçün tam dəstək verir.

Trend xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

"Uzunmüddətli sülh üçün diplomatiya yolundan davam etməliyik. Dünən Ermənistanda səfərdə olarkən də bildirdim ki, danışıqlar yaxşı məram çərçivəsində aparılmalıdır ki, həll yolu tapılsın. ATƏT-in sədri kimi bütün praqmatik yanaşmaları dəstəkləyəcəyik. Bu sahədə ölkələr öz xalqlarının gələcəyi üçün işləməlidir. Biz Azərbaycanla da münasibətləri gücləndirməyi düşünürük", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti