...

Enerji bazarının təhlili üçün "PLEXOS" və "TIMES" modelləri təqdim edilib

Yaşıl iqtisadiyyat Materials 14 May 2024 21:22 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarının azaldılması üzrə fəaliyyəti ilə bağlı mövzu mayın 14-də Energetika Nazirliyi, "Tetra Tech" beynəlxalq konsaltinq şirkəti və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri arasında keçirilən görüşdə diqqət mərkəzində olub.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

""Tetra Tech" Azərbaycana elektrik enerjisi sektorunda aşağı karbon həlləri üzrə texniki yardım çərçivəsində "PLEXOS" (dünyanın ən güclü enerji bazarının modelləşdirilməsi və təhlili sistemi) və "TIMES" (Enerjinin Modelləşdirilməsinə Texniki və İqtisadi Yanaşmalar) modellərini təqdim edib. Bu, onun Azərbaycan üçün müvafiq layihənin həyata keçirilməsi üzrə öhdəliklərinə daxil olub", - deyə nazirlik qeyd edib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti