...

İTA-nın Azərbaycandakı prioriteti aqrar sahənin məhsuldarlığını artırmağa kömək göstərməkdən ibarətdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2024 13:43 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Ticarət Agentliyinin (İTA) Azərbaycandakı prioriteti aqrar sahənin məhsuldarlığını artırmağa kömək göstərməkdən ibarətdir.

Trend xəbər verir ki, bu barədə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı direktoru Andrea Makkaniko və "Azərsun" holdinqin nümayəndəsi Savaş Uzan Azərbaycan-İtaliya biznes forumunda deyiblər.

Azərbaycan və İtaliya arasında aqrar sahəsə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edilib.

Hər iki spiker çıxışında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsal edən şirkətlərin müasir ixtisaslaşmış texnika ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Makkaniko bildirib ki, İTA-nın Azərbaycandakı prioriteti aqrar sahənin məhsuldarlığını artırmağa köməklik göstərməkdən, eləcə də məhsul emalı sahəsində əməkdaşlıq qurmaqdan ibarətdir.

S.Uzan qeyd edib ki, İtaliyanın aqrar texnikası dünyada ən çox tələb olunan texnikalardan biridir və holdinq ixtisaslaşmış maşın, avadanlıq və texnologiyalarla bağlı tərəfdaşların tapılmasına maraq göstərir.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı, eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti