...

Ceyhun Bayramov ATƏT sədri ilə müzakirə etdiyi məsələləri açıqladı

Siyasət Materials 14 May 2024 12:44 (UTC +04:00)
Ceyhun Bayramov ATƏT sədri ilə müzakirə etdiyi məsələləri açıqladı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İan Borqla birgə Azərbaycan-ATƏT arasında mövcud vəziyyəti müzakirə etdik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, görüş zamanı Malta-Azərbaycan arasında əməkdaşlıq, perspektivlər müzakirə edildi.

“Hesab edirik ki, xüsusilə enerji sahəsində böyük əməkdaşlıq perspektivlər mövcuddur. Nazirlə, həmçinin, COP29 çərçivəsində əməkdaşlıq və potensialı müzakirə etdik. Azərbaycan-Malta münasibətlərinin daha da genişlənməsi üçün mövcud olan hüquq-müqavilə bazasının genişləndirilməsinə ehtiyac olduğunu düşünürük”, - deyə C.Bayramov bildirib.

Xəbər lenti

Xəbər lenti