...

Azərbaycan çempionatında qolkiper qapıdan-qapıya qol vurub

İdman Materials 14 May 2024 16:16 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan çempionatında maraqlı hadisə baş verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, əvəzedicilər liqasında qapıçı qol vurub.

Bu, XXXIV turun “Qəbələ-2” – “Sabah-2” matçında baş verib. Qonaqların qolkiperi Emil Həbibov öz qapısından birbaşa zərbə ilə rəqibi məyus edib.

Hesab 1:1 olarkən fərqlənən qapıçı komandasını 81-ci dəqiqədə irəli çıxarıb. Amma Qəbələ təmsilçisi dörd dəqiqə sonra hesaba tarazlıq gətirib – 2:2.

Qeyd edək ki, mövsümün sonuna 2 tur qalmış “Sabah-2” bürünc medalı təmin edib. İkinci olan “Qəbələ-2” isə çempionluq üçün mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti