Bakı. Trend:
Müəllimlik peşəmi doğma Şuşada davam etdirəcəyim üçün xoşbəxtəm.
Bunu Trend-ə açıqlamasında Şuşa sakini Ağayeva Sevda deyib.
Onun sözlərinə görə, 18-19 yaşında tələbə olarkən Şuşanı tərk etmək məcburiyyətində qalıb.
“Tələbəlik illərimin yarısında Şuşadan çıxmışdım. İndi isə bir
müəllim kimi öz ailəmlə birlikdə doğma yurda qayıdıram.
Bizə bu günü yaşadan Ali Baş Komandanımıza dərin minnətdarlığımı
bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə
cansağlığı versin”, - deyə o bildirib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.