...

Sahibə Qafarova Sinqapura getdi

Siyasət Materials 14 May 2024 11:16 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 14-də Sinqapur Respublikasına rəsmi səfərə gedib.

Parlamentdən Trend-ə verilən məlumata görə, “Sinqapur Çanqi” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Sinqapur Respublikasında bir sıra rəsmi görüşləri nəzərdə tutulub.

Nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti