...

Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edirik - Ceyhun Bayramov

Siyasət Materials 14 May 2024 13:10 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edirik - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında münasibətlərin son inkişafını olduqca müsbət qəbul edirik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, əldə olunan nəticə tarixi nəticədir.

“Bu sırf iki ölkə arasında birbaşa danışıqlar yolu ilə baş tutdu. Ümidvarıq ki, bu istiqamətdə işlər müsbət məcrada davam edəcək. Artıq fevral ayından etibarən intensiv danışıqlar bərpa edilib. Ümumilikdə danışıqları müsbət qiymətləndiririk. Gözləntilərimiz uyğun olmalıdır. Bu olduqca önəmli və mürəkkəb prosesdir”, - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti