...

Peruda avtobus dərəyə aşıb, 13 nəfər ölüb

Hadisə Materials 15 May 2024 00:21 (UTC +04:00)

Bakı. Trend:

Perunun Ayakuço regionunda avtobus qəzaya uğrayıb, 13 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Avtobus paytaxt Limadan Ayakuço şəhərinə hərəkət edən zaman idarəetməni itirib və dərəyə aşıb.

Nəqliyyat vasitəsində 34 nəfərin olduğu bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti