...

Narkotik vasitə qəbul edib maşın sürən şəxs həbs olundu

Cəmiyyət Materials 14 May 2024 09:26 (UTC +04:00)
Narkotik vasitə qəbul edib maşın sürən şəxs həbs olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbər lenti

Xəbər lenti