...

Gənc yaşda məcburi şəkildə tərk etdiyim Şuşaya qayıtdığım üçün çox sevinirəm – Yaxşı Rəcəbova

Cəmiyyət Materials 14 May 2024 08:21 (UTC +04:00)
Gənc yaşda məcburi şəkildə tərk etdiyim Şuşaya qayıtdığım üçün çox sevinirəm –  Yaxşı Rəcəbova
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

20 yaşında məcburi şəkildə tərk etdiyim Şuşaya yaşlı vaxtımda olsa belə, qayıtdığıma çox sevinirəm.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Yaxşı Rəcəbova deyib.

“Bu gün çox sevincliyəm. Sanki şirin bir yuxunun içindəyəm. Sanki inana bilmirəm. Çox şükürlər olsun.
Bizə o torpaqlarda yaşamağı yenidən bəxş edən hamıya təşəkkür edirəm. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

Xəbər lenti