Bakı. Trend:
Vladimir Putin Nikolay Patruşevi Rusiya prezidentinin köməkçisi təyin edib.
Trend xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc olunub.
Qeyd edək ki, Nikolay Patruşev 2008-ci ildən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Rusiya Federasiyası prezidentinin fərmanı ilə Patruşev bu vəzifədən azad edilib və müdafiə naziri Sergey Şoyqu bu vəzifəyə təyin edilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)