...

ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiq olunması üçün şərti açıqlayıb

Dünya xəbərləri Materials 14 May 2024 21:51 (UTC +04:00)
ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiq olunması üçün şərti açıqlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda demokratiya pozulacağı təqdirdə ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Tbilisidə mətbuat konfransında deyib.

"Əgər [xarici agentlər haqqında] qanun Avropa İttifaqı normaları ilə əlaqələndirilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa, eləcə də dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dan məhdudiyyətlər gələcək. Məsul şəxslər və onların ailələri üçün maliyyə və səyahət məhdudiyyətləri olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti