...

İtaliya Azərbaycanda aqrar sektorun inkişafına köməklik göstərməyə hazırdır - Rikardo Kursi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2024 13:27 (UTC +04:00)
İtaliya Azərbaycanda aqrar sektorun inkişafına köməklik göstərməyə hazırdır - Rikardo Kursi
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Azərbaycanın ilk ticari tərəfdaşıdır və münasibətlər bütün sahələrdə - siyasət, mədəniyyət və iqtisadiyyat, o cümlədən, iqtisadiyyat və kənd təsərrüfatı kimi sahələrdə uğurla inkişaf edir.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Kursi Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, aqrar sahədə münasibətlər 1999-cu ildən inkişaf edir.

"Ölkələrimiz arasında ortaq cəhətlər çoxdur. Bizim əlverişli iqlimimiz var, qədim zamanlardan üzümçülüyü və heyvandarlığı inkişaf etdiririk. Qarşılıqlı təcrübəmiz dövlətlərimiz üçün faydalı olacaq", - deyə Kursi qeyd edib.

Onun sözlərinə görə, İtaliyanın enerji sektorunda ən mühüm tərəfdaşı olan Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorlarını, xüsusən kənd təsərrüfatını da inkişaf etdirir.

"Aqrar sahə Azərbaycanda ümumdaxili məhsulda (ÜDM) mühüm rol oynayır. Bu sektorla Azərbaycan əhalisinin böyük hissəsi məşğul olur. Aqrar sektora investisiyalar artmaqdadır. Biz müasir texnologiya, maşın və avadanlıq tədarükü vasitəsilə bu inkişafa imkan yaratmağa hazırıq", - deyə İtaliya səfirliyinin nümayəndəsi bildirib.

O, "yaşıl" kənd təsərrüfatının inkişafı mövzusunun Azərbaycanda keçiriləcək COP29 konfransında ayrıca mövzu olacağını qeyd edib.

"İtaliya COP29-da böyük nümayəndə heyəti ilə təmsil olunacaq. Biz bu mühüm məsələ ilə bağlı mütəmadi olaraq lazımi məsləhətləşmələr aparırıq", - deyə Kursi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti