...

Yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana polad məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 14 May 2024 11:27 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Qazaxıstana polad məhsulları ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 33,1 faiz azalaraq, 7,8 milyon dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin aprel ayında Türkiyə Qazaxıstana 2,4 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 8,3 faiz çoxdur", - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki,2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023-aprel 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti