...

Qarabağda abidələrin bərpası İtaliyanın əsas vəzifələrindən biridir - Rikardo Kursi

Siyasət Materials 14 May 2024 15:24 (UTC +04:00)
Qarabağda abidələrin bərpası İtaliyanın əsas vəzifələrindən biridir - Rikardo Kursi
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın əsas vəzifəsi Qarabağda abidələrin və muzeylərin bərpası ilə məşğul olan şirkət yaratmaqdır.

Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Kursi Azərbaycan-İtaliya biznes forumu çərçivəsində deyib.

"Qarabağ şirkətlərimiz üçün bir çox sahədə böyük potensiala malikdir. Bu səbəbdən ümid edirəm ki, bu, sahə üzrə əməkdaşlıq edə biləcəyimiz bir çox addımdan birincisi olacaq", - deyə o bildirib.

Rikardo Kursi qeyd edib ki, Azərbaycan və İtaliya arasında münasibətlər mədəniyyət və siyasətdən ticarət və iqtisadiyyata qədər bir çox sahədə inkişaf edir.

"Kənd təsərrüfatı şirkətlərimizin birgə çalışdığı bir çox sahədən biridir. Ən böyük şirkətlərimiz məmnuniyyətlə Azərbaycana gələrək ölkəyə investisiya yatırırlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilir.

Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı, eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti