...

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransı keçirib (FOTO)

Siyasət Materials 14 May 2024 12:40 (UTC +04:00)
Ceyhun Bayramov  ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransı keçirib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransı keçirib.

Trend xəbər verir ki, konfrans zamanı nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, 14 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Ceyhun Bayramov və nazir Yan Borq arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti