...

İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir avadanlıqlardan istifadəsi üçün vacibdir - AZPROMO

İqtisadiyyat Materials 14 May 2024 12:30 (UTC +04:00)
İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir avadanlıqlardan istifadəsi üçün vacibdir - AZPROMO
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın təcrübəsi Azərbaycan şirkətlərinin müasir avadanlıqlardan istifadəsi üçün vacibdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-İtaliya biznes forumunda deyib.

"Azərbaycanın iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı üzrə missiyası var və aqrar sektorun yaxşılaşdırılması bu missiyanın yerinə yetirilməsi üçün əsas vəzifələrdən biridir", - deyə T.Hacılı qeyd edib.

O, hər iki ölkənin aqrar biznes nümayəndələrinin asanlıqla əməkdaşlıq qurmaları üçün AZPROMO-nun İtaliya Kənd Təsərrüfatı Texnikası İstehsalçıları Assosiasiyası ilə danışıqlar apardığını bildirib.

"Çalışırıq ki, şirkətlərimiz müasir avadanlıqlardan istifadə etsin və burada İtaliyanın təcrübəsi vacibdir", - o deyib.

T.Hacılı bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqrar sahəni fəal inkişafı nəzərdə tutulur.

"Qarabağ və Şərqi Zəngəzur kənd təsərrüfatının uğurlu inkişafı üçün potensiala malikdir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan aqrar sahədə istehsal olunan məhsulların gəlir gətirməsi üçün, həmçinin, əlavə dəyər zəncirini yaxşılaşdırmaq istəyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti