Ağdam. Trend:
Son günlər ölkə ərazisində havanın yağışlı keçməsi çaylarda sululuğun artmasına səbəb olub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, ötən günlərdə Qarabağın dağ və dağətəyi ərazilərində yağışlı hava şəraiti mənbəyini Kiçik Qafqaz dağlarından götürən Qarqarçaydan sel keçməsinə səbəb olub.
Qarqarçay çayında sel sularının artması nəticəsində Ağdam rayonun Hacıməmmədli, Əfətli kəndlərinin əkin sahələri və fərdi yaşayış evinin həyətləri sel suları altında qalıb.
Hazırda Ağdam Mexaniki Suvarma İdarəsinin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Sel sularının qarşısını almaq üçün tədbirlər görülür.