...

Şuşamız əvvəlkindən də gözəl olacaq – Telman Rəcəbov

Cəmiyyət Materials 14 May 2024 08:42 (UTC +04:00)
Şuşamız əvvəlkindən də gözəl olacaq – Telman Rəcəbov
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Yaşayıb-yaratdığımız Şuşanın əvvəlkindən daha gözəl olması üçün yenidən çalışacağıq.

Bunu Trend-ə açıqlamasında Şuşa sakini Telman Rəcəbov deyib.

Onun sözlərinə görə, 28 yaşında ağır döyüşlər zamanı 8 mayda Şuşanı tərk etmək məcburiyyətində qalıb.

“İndi 60 yaşında Şuşaya qayıdıram. Bu gün çox xoşbəxtəm ki, mən öz doğma yurduma qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bütün döyüşlərdə iştirak edib, torpaqlarımızı azad edən döyüşçülərimizin qarşısında baş əyirəm.

Allah Prezidentimizi qorusun. Bizim torpaqlarımızın azad olunmasında siyasi meydanda Azərbaycana qarşı olan ölkələrə qarşı vuruşdu”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti