Bugünkü valyuta hərracında 107,1 milyon dollar satılıb

İqtisadiyyat Xəbər 14 May 2024 13:35 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Trend AMB-yə istinadən xəbər verir ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti