Bakı. Trend:
Bu gün hər bir azərbaycanlı kimi biz də doğma yurda qayıdışa görə xoşbəxtik.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Yeganə İbadova deyib.
Onun sözlərinə görə, bu gün rəfiqəsini Şuşaya yola salır.
"Biz Ali Baş Komandanımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Hər bir azərbaycanlı kimi Qarabağ torpaqları ürəyimizdə bir qübar idi. İllərlə Qarabağ həsrəti ilə yaşamışıq.
Özüm müəlliməm. İllərlə şagirdlərimə Qarabağı anlatmışam. Qarabağ acısını onlara çatdırmağa çalışmışam. Bu gün isə çox xoşbəxtik. Fəxr edirik ki, azərbaycanlıyıq, Azərbaycan xalqının nümayəndəsiyik. Zəfərimizlə dünyaya səs salan bir xalqın övladıyıq. Bizə o torpaqları azad edən, bəxş edən hər bir kəsə minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizim onlara ödənilməz borcumuz var. Nə qədər Azərbaycan xalqı yaşayacaqsa, o qədər də şəhidlərimiz xatırlanacaq və onlara dəyər veriləcək", - deyə o bildirib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.